Vahid Mustafayev yeni filmindən danışdı (VİDEO)

Vahid Mustafayev yeni filmindən danışdı (VİDEO)
00:51 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbacanın yaxın tarixinin ən qanlı, həm də şərəf gətirən hadisələrindən olan 20 yanvar. Hadisənin faciəsinə bundan sonra yalnız sənədlər əsasında hazırlanan sənədli filimlərdə yox, artıq rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmində baxmaq imkanımız var.

ANS TV-nin məlumatına görə, yanvar hadisələrindən 25 il ötməsinə baxmayaraq, hələ indiyə qədər bu mövzuda film çəkən olmamışdı. Artıq bu film var. Və bu gün də Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filminin nümayişi baş tutub.

Dövlət və hökumət rəsmilərinin qatıldığı nümayişdə həm də filmin beynəlxalq heyəti də iştirak edib. Bir müddət əvvəl Nizami kinoteatrında filmin təqdimatı uğurla başa çatıb. Filmə böyük maraq var. Tamaşıçılar film bitdikdən sonra ssenari müəllifi və rejissor Vahid Mustafayevi, eləcə də, filmin yaradıcı heyyətini ayaqüstə alqışlayıblar.

Aktrisa Nəbahət Çehrə: "Filimlə bağlı keçirdiyim hisləri kifayət qədər ifadə edə bilmədim. Çünki çox böyük bir hisslər keçirirəm. Filimin təqdimatı sözün əsil mənasında çox gözəl idi. Filimin çox yüksək səviyyədədir. Burda çalışan dostlarım ürəklə çalışıblar. Çox yaxşı ki, məni bura dəvət ediblər. Mən də buranın bir anası olmuşam”.

Filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayev: “Qanlı Yanvar” filmi 63 günə ərsəyə gətirildi. Bu özü də bir rekorddur. Filimin çəkilişləri zamanı mindən çox adam iştirak edib. Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, İrandan, Rusiyadan və Azərbaycandan olan peşəkarlar iştirak ediblər. Filmin əsas qırmızı xəttində silah gedir. Ümimiyyətlə əlində silah tutan adam ədalətli olar bilərmi?”.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR