MAR-da Fransa vətəndaşı oğurlandı

MAR-da Fransa vətəndaşı oğurlandı
01:19 20 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə humanitar təşkilatın əməkdaşı olan Fransa vətəndaşı oğurlanıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Fransa XİN-i məlumatı təsdiqləyib.

 

Fransa xarici işlər idarəsindən bildirilib ki, oğurlanan 67 yaşlı qadındır. “Fransa humanitar qaydalara zidd olan hərəkətə görə təəssüf edir və oğurlanan vətəndaşının tezliklə sərbəst buraxılmasını cinayətkarlardan tələb edir”, Fransa XİN-in bəyanatında deyilir. 

 

Son məlumatlara görə, Banqi arxiyepiskopu artıq qadını oğurlayanlar ilə danışıqlara başlayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR