Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) yeni sədr seçilib.
Metbuat.az-ın əldə etdiyi məlumata əsasən, 14 mart tarixində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) növbədənkənar iclası keçirilib.
İclasda AADA sədri Natiq Zərbəliyevin öz istəyi ilə sədrlikdən getməyi səsə qoyulub. Üzvlər öz çıxışlarında yaranmasından bu günə qədər təşkilata uğurla rəhbərlik etmiş N.Zərbəlinin təşkilatın fəxri prezidenti seçilməsi təklifini irəli sürüblər. Təklif səsverməyə qoyulub və qəbul edilib.
AADA-nın ali orqanı olan ümumi toplantının qərarına əsasən, assosiasiyanın İdarə Heyətinin sədri postuna 2022-ci ildən təşkilatın icraçı direktoru vəzifəsini həyata keçirən Eyyub Əliyev seçilib.
Xatırladaq ki, Natiq Zərbəliyev 25 il quruma rəhbərlik edib. O, həm də Azərbaycan avtomobil jurnalistikasının banisi hesab edilir.
Sevinc İbrahimzadə / Metbuat.az