Qız qaçıran oğlan danışdı: "Onu toy kasetində gördüm" (VİDEO)

Qız qaçıran oğlan danışdı: "Onu toy kasetində gördüm" (VİDEO)
02:01 20 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda 16 yaşlı qızlarının yoxa çıxdığını görən valideynlər polisi məlumatlandırıblar.

ANS TV-nin məlumatına görə, məktəbli qızı oğurlayan üç nəfər saxlanılıb. Onun evlilik məqsədilə qaçırıldığı bildirilir. Hadisə Ucar rayonu, Yuxarı Şilan kəndində baş verib. Bu barədə polisə qaçırılan 16 yaşlı Minəxanım Mikaylovanın ailə üzvləri məlumat verib.

Ucar rayon polis şöbəsinin baş müstəntiqi Məsud Rəhimov bildirdi ki, rayon sakini Nizami Mikaylov 11 yanvar 2015-ci ildə tarixdə Ucar rayon polis şöbəsinə məlumat verərək yetkinlik yaşına çatmayan qızın naməlum şəxs tərəfindən oğurladığını bildirmişdi.

Bu məlumatı əldə edən polis əməliyyata başlayıb və öyrənib ki, 16 yaşlı qızı qaçırmaqda şübhəli bilinən üç nəfər Allahverdiyev Əfsus Ələsgər oğlu, onun iki xalası Dadaşov Rusif Yusif oğlu və Hüseyn Dadaşov saxlanılıb. Müəyyən edilib ki, Əfsus Allahverdiyev Minəxanım Mikayılovanı avtomabilə məcburi şəkildə mindirərək Zərdab rayonu istiqamətində aparıblar.

Əfsus 11-ci sinif şagirdi olan qızı evlənmək məqsədilə qaçırdığını desə də, əməliyyat keçirən Ucar və Zərdab rayon polis şöbələrinin əməkdaşları onun bu əməlini adam oğurluğu kimi qələmə verir.

"Toy kasetinə baxırdım. Qızı gördüm xoşuma gəldi. Elçi göndərdim vermədilər. Onu istədiyim üçün məcbur olub, götürüb qaçdım. Getdim xalam oğlanlarına qızı götürüb qaçmaq istədiyimi dedim. Günah məndə oldu”, deyə Əfsus Allahverdiyev bildirib.

Əfsusun istədiyi qızla evlənmək sevdası, əfsus ki, ürəyincə baş tutmadı. Müasir dövrdə yaşadığı halda köhnə adətlərə üstünlük verməsi indi onu istintaq məsuliyyətilə üz-üzə qoyub. Artıq hər üç şəxsin əməlilə bağlı cinayət işi başlanılıb.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR