Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını dərc edib.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, Azərbaycan Premyer Liqası siyahıda 37-ci olub.
Premyer Liqamız 421 xalla Qazaxıstan, Polşa, Moldova, Sloveniya və İsveç kimi ölkələrin çempionatlarını geridə qoyub.
Qeyd edək ki, siyahıya 1259 xalla İspaniya La Liqası başçılıq edir. İtaliya A Seriyası (998) ikinci, İngiltərə Premyer Liqası isə (958) üçüncü olub.