Türkiyə benzini bahalaşdırdı

Türkiyə benzini bahalaşdırdı
02:51 20 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yanacağın qiyməti bahalaşıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, “Brent” markalı neftin qiymətinin bahalaşması ilə Türkiyədə benzinin qiyməti 5 quruş (16 qəpik), dizelin qiyməti 6 quruş (20 qəpik) artırılıb.

Bahalaşmadan sonra İstanbulda Aİ-95 benzinin 1 litrinin qiyməti 4.12 lirə (1.38 AZN), dizelin qiyməti 6.30 lirə (1.21 AZN) olub.

Həmçinin paytaxt Ankarada Aİ-95 benzinin qiyməti 4.14 lirə (1.39 AZN), dizelin qiyməti 3.60 lirə (1.22 AZN) səviyyəsinə çatıb.

Xatırlasdaq ki, ötən həftələrdə “Brent” markalı neftin qiymətinin 45 dollara düşməsi ilə Türkiyədə yanacaq qiyməti bir neçə quruş ucuzlaşmışdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=320677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR