Bu ölkədə vəzifəli şəxslərin olduğu iki təyyarə toqquşdu

Vaşinqtonda Ronald Reyqan Vaşinqton limanında iki təyyarə toqquşub.

Metbuat.az xəbər verir ki, Konqres üzvlərini daşıyan təyyarə uçuş-enmə zolağında digər laynerlə toqquşub. Bəzi mənbələrin məlumatına görə, təyyarənin qanadı digər təyyarəyə dəyib. Məlumata görə, hadisəyə müdaxilə edilib. Sərnişinlər təxliyə edilib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Vaşinqton Böyükşəhər Hava Limanları İdarəsi hadisənin hava limanının fəaliyyətinə təsir etmədiyini, ABŞ Federal Aviasiya Administrasiyası isə qəzanın araşdırılacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı