Papa okeanın o tayına uçur

Papa okeanın o tayına uçur
03:31 20 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası 1-ci Fransisk Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Roma Katolik Kilsəsinin rəhbəri Fransisk səfəri bu il ərzində həyata keçirəcək. Lakin hələlik dəqiq tarix söylənimir.

Papanın ABŞ-da katoliklərin əksəriyyət təşkil etdiyi ştatlarda dindarlarla görüşü baş tutacaq.

Bundan başqa, Papanın ABŞ Konqresində, eləcə də BMT-də çıxışı gözlənir.

Qeyd edək ki, papa Fransisk ötən gün Asiyada ən çoxsaylı katolik əhaliyə malik olan Filippinə səfər edib, həmişə olduğu kimi, burada da dünyaya sülh mesajları göndərib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR