“II Yelizaveta Hz. Muhammədin nəslindəndir” (VİDEO)

“II Yelizaveta Hz. Muhammədin nəslindəndir” (VİDEO)
03:36 20 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

Misirin sabiq müftisi Əli Cümə kraliça II Yelizavetanın İslam peyğəmbəri həzrəti Muhammədin (S) soyundan olduğunu iddia edib. ANS PRESS-in məlumatına görə, müftinin bu iddiası ərəb mətbuatında geniş müzakirələrə səbəb olub. Müfti Cümə iddialarını yerli “Mubaşir” telekanalına verdiyi müsahibədə səsləndirib.

Keçmişdə Asvropada yaşayan müsəlmanların ağır təzyiqlərə məruz qaldığı xatırladan müfti iddia edib ki, onlardan bəziləri dinlərini dəyişdirməyə məcbur olurdular.

“O vaxtlar Avropada olan müsəlmanlıar dinlərini yaşamaqda böyük çətinliklər çəkirdilər. Bəziləri təzyiqlərə dözə bilməyib dinlərini dəyişirdilər. Bir tarixdə Haşimi soyundan olan bir nəfər ələ keçirildi. Məruz qaldığı təzyiqlərdən sonra həmin şəxs kraliçanın babası olduğunu qəbul etdi. Bəs kraliça niyə müsəlman olmadı? Çünki babası da İspaniyadakı müsəlmanlar kimi təzyiq və sıxıntılardan sonra İslamdan uzaqlaşmağa məcbur oldu”.

Daha əvvəl ölkədə hakimiyyəti hərbi çevriliş yoluyla ələ keçirən general Əbdülfəttah əs Sisiyə dəstəyini nümayiş etdirən sabiq müftinin iddiaları birmənalı qarşılanmayıb. Sosial şəbəkə saytlarında müsəlmanlar Əli Cümənin bu iddialarını etirazla qarşılayıb. Bəzi din alimləri isə bu fikirləri axmaqlıq adlandırıblar.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR