Rusiyada ərzaq bahalaşır

Rusiyada ərzaq bahalaşır
06:16 20 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada strateji ərzaq məhsulları bahalaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç ölkədə yaxın zamanlarda un və çörəyin qiymətinin artmaqda davam edəcəyini bildirib.

Müavin bildirib ki, fevral ayından taxılın ixracına rüsum qoyulsa da, bahalaşma yaxın aylarda davam edəcək.

"Rüsüm yeridiləndən sonra taxıl ucuzlaşmağa başlayıb, buna baxmayaraq, yaxın aylarda çörək və unun bahalaşması tendensiyası davam edəcək", Dvorkoviç deyib.

Baş nazir müavininin sözlərinə görə, hökümət hələlik qiymət tənzimlənməsini tətbiq etməsə də, qiymət artımının uzun müddət davam edəcəyi və 30 faizə çatacağı halda, bu variant istisna olunmur.

Dvorkoviçə görə qiymət tənzilənməsi ərzağın çatışmazlığına gətirib çıxara bilər.

Dövlət Dumasında "Yedinaya Rossiya" fraksiyasının iclasında çıxış edən Arkadi Dvorkoviç bildirib ki, bundan əvvəl, misal üçün qarabaşaq yarmasına qiymətin dondurulması bu məhsulun qıtlığı ilə nəticələnmişdi.

O, qeyd edib ki, Rusiyada qarabaşaq yarmasına daxili qiymətlər bu məhsulun digər iri dünya istehsalçısı olan dövlətlərdəki qiymətdən, misal üçün Çindəki qiymətlərdən aşağıdır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=320684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR