Neftin qiyməti düşür

Neftin qiyməti düşür
07:21 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ötən həftə qiyməti 50 dollardan yuxarı qalxan neft yenidən ucuzlaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, brent markalı neftin bir barreli 49 dollardan bir qədər baha satılır.

Neftin bazar ertəsi ucuzlaşmasına səbəb olan faktor kimi İraqın Neft Nazirliyinin açıqlaması göstərilir.

Nazirlik ölkədə neft istehsalının rekord həddə - 3 milyon barrelə çatdığını və bu il 3,3 milyon barrelə çatdırılacağını bildirib - Kürdüstan bölgəsində çıxarılan neftin hesabına.

Neft son bir neçə ayda 2 dəfə ucuzlaşıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=320691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR