Jirinovski həmsöhbətinə konfet verdi (VİDEO)

Jirinovski həmsöhbətinə konfet verdi (VİDEO)
08:16 20 Yanvar 2015
146 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiya Liberal partiyasının sədri Vladimir Jirinovski yenə də ittiham dolu çıxışı ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, rusiyanın “Rossiya-1” telekanalında “Voskresnıy veçer” verilişində qonaq olan Jirinovski “Çarlie Hebdo” jurnalında dini karikaturaları düzgün hesab edib.

Bu yetmirmiş kimi Jirinovski ümumiyyətlə dini etiqadları “keçmiş”, onunla mübahisə edən həmsöhbəti Beynəlxalq məsələlər üzrə Düma komitəsinin başçısı Aleksey Puşkovu “satqın” adlandırır. Özünəməxsus tərzdə mübahisə aparan Jirinovski qarşıdakının ağzını açmağa belə qoymadan, sözün əsl mənasında həqiqətdən çox emosional çıxışı ilə yarı düz - yarı səhv şüarlar səsləndirirdi.

Puşkovun sözünü bir daha kəsmək üçün isə nə edəcəyini bilməyən Kirinovski cibindən çıxartdığı konfeti verilişin aparıcısı Vladimir Solovyova verir və onu Puşkova yetirməsini xahiş edir. Puşkov konfeti qəbul etmədikdə Solovyov “Həmişəki kimi, yəhudi ortada olarsa konfet qazanar deyir”. Buna baxmayaraq Jirinovski Solovyovdan konfeti geri alır.

Qeyd edək ki, söhbətində dinə qarşı çıxan Jirinovski bu bazar Pravoslavların Banfis günü dini ayinində özü və partiya iştrakçıları ilə birgə iştirak etmişdi.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=320693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR