Türkiyədə keçirilən afişa müsabiqəsinin qalibləri elan olunub

Türkiyədə keçirilən afişa müsabiqəsinin qalibləri elan olunub
08:28 20 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul , 20 yanvar , AzərTAc
Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada fəaliyyət göstərən Qazi Universiteti ilə birgə reallaşdırdığı “Hər kəs yuxudaykən Anadoludan Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa müsabiqəsinin nəticələri elan olunub.
Ölkəmizin Ankaradakı səfirliyindən verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimalı Kiprdən olmaqla 12 nəfərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş əsərləri dəyərləndirib. Bildirilir ki, müsabiqəyə 12 ölkədən 101 nəfərin 148 işi təqdim olunub.
Birinci yeri “Hamı yatarkən” tablosunun müəllifi Rəcəb İsmayılov, ikinci yeri “Unudulmayan” əsərinə görə Halim Tibet tutub. Çakmak Sinanın “50 qızın göz yaşları” tablosu isə üçüncü yerinə layiq görülüb.
Xatırladaq ki, müsabiqəyə təqdim olunmuş 148 işdən seçilmiş 50 əsər cari ilin fevralın 26-dan martın 7-dək Qazi Universitetinin Rəsm və Heykəl Muzeyinin sərgi salonunda keçiriləcək Xocalı soyqırımına həsr olunmuş sərgidə nümayiş olunacaq.

Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_kechirilen_afisa_musabiqesinin_qalibleri_elan_olunub-825989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR