Rusiya AB-yə daxil olsun

Rusiya AB-yə daxil olsun
08:51 20 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın Avropa Birliyinə üzv olmasını vacib hesab edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenko Syurix Universitetində çıxışı zamanı deyib.

Poroşenko hesab edir ki, belə bir addım dünyada tam yeni təhlükəsizlik sisteminin yaranmasına gətirib çıxara bilər.

“10-12 il sonra Avropa təhlükələrə sinə gərmək üçün özünü lazımi qədər güclü hesab edəcəkmi? Avropa Ukrayna potensialı ilə daha yaxşı olacaqmı? Bunu başa düşmək lazımdır ki, Ukraynanın AB-yə üzv olmaq istəməsi Rusiyaya qarşı bir addım deyil. Düzün desəm düşünürəm ki, Rusiya da Avropa üzvü olmalıdır. Bununla tamamilə yeni təhlükəsizlik sistemi yaradılaca bilər”- deyə Poroşenko bildirib.

Poroşenkonun fikrincə nə vaxtsa Ukrayna “bufer zonası” olmaqdan çıxacaq və Avropa Birliyinə qayıdacaq.

“Ukrayna "bufer zona" vəziyyətindən çıxanadək Rusiyaya ilə mübarizə aparacaq. Çünki, Rusiya Avropa dəyərlərindənsə öz status-kvo”sunu yeritmək istəyir. Biz bu təqdirdə Ukraynanın Avropanın bir hissəsi olması üçün hər bir şey etməliyik. Hətta Rusiya Avropa üzvü olmasa belə, bu Belarus, Moldova və Gürcüstanın geniş demokratikləşməsinə gətirib çıxaracaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR