Şəkidə polis döyülüb

08:57 20 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Kanal S (Region TV) xəbər verir ki, 19 yanvar, axşam saat 20 radələrində Şəki rayonunda döyülmə hadisəsi baş verib. Hadisə zamanı 1984-cü il təvəllüdlü, hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayan Səmədov Famil İxtiyar oğlu və 1968-ci il təvəllüdlü, Şəki şəhər Bağbanlar küçəsi 32 ünvanında yaşayan Zamanov Akif Əlibəy oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şəki rayon Təcili Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

Hələlik hadisənin dəqiq olaraq hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində və Şəki Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Qeyd edək ki, xəsarət alan Səmədov Famil İxtiyar oğlu Şəki Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR