Hökumət və şiə üsyançılar arasında atəşkəs

Hökumət və şiə üsyançılar arasında atəşkəs
09:16 20 Yanvar 2015
101 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənnin paytaxtı Sənada hökumət qüvvələri ilə şiə üsyançılar arasında atəşkəs elan olunub.

ANS PRESS-in məlumatına görə, bir qədər əvvəl prezident sarayı ətrafında tərəflər arasında silahlı qarşıdurmalar olmuş, nəticədə 8 nəfər ölmüş, azı 70 nəfər yaralanmışdı. Məlumata görə, gərginliyi aradan qaldırmaq və zorakılıqların şiddətlənməsini əngəlləmək üçün ikipartiyalı komissiya təşkil olunub. Komissiya, eyni zamanda, son bir neçə gündə baş verən zorakılıqlara dair istintaq araşdırması başladacaq.

Ötən şənbə günü üsyançılar prezident administrasiyasının rəhbəri Əhməd Avad Mübarəki girov götürüblər. Hökumət rəsmiləri bu addımı dövlət çevrilişi kimi qiymətləndirib.

Şiə üsyançıları ölkənin siyasi həyatında daha fəal iştirak etməyə çalışırlar. Ölkə əhalisinin 30 faizini təşkil edən Husilər parlamentdə daha çox söz sahibi olmaq istəyirlər. Prezident Əbd Rəbbo Mənsur ölkədə iki regionlu idarəetmə sistemi yaratmağı vəd verib.
Mənbə
Euronews



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR