Apreldə Bakıda II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi keçiriləcək

Apreldə Bakıda II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi keçiriləcək
09:38 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Aprelin 2-4-də Bakıda II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi (“CİBS 2015”) keçiriləcək.
“Iteca Caspian” şirkətindən AzərTAc-a bildiriblər ki, sərgidə su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək. Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt klublar, su idmanı, su nəqliyyatı, və s. sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən Xəzər regionunun yeganə sərgisidir. “CIBS 2015” sərgisi Azərbaycanda inkişaf etməkdə olan perspektivli su motor bazarı ilə tanış olmaq, bazarda öz yerini möhkəmləndirmək, mövcud iş münasibətlərini gücləndirmək, yeni distribütorlarla əməkdaşlıq imkanı əldə etmək və müştəri bazasını genişləndirmək üçün əvəzedilməz fürsətdir. Sərgiyə yaxta həvəskarlarının tanınmış nümayəndələrinin qatılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aprelde_Bakida_II_Xezer_Beynelxalq_kater_ve_yaxtalar_sergisi_kechirilecek-825992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR