"Fənərbaxça" "Bavariya" klubunun futbolçusu Kinqsli Komanı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, klub futbolçu ilə danışıqlara başlayıb. AS nəşrinin məlumatına görə, Kinqsli Koman “Bavariya”dan ayrılmağa üstünlük verə bilər.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" klubunun da Kinqsli Komanın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi. Bildirilir ki, Kinqsli Koman “Qalatasaray"ın təklifini bəyəndiyi üçün menecerinə danışıqlar aparması barədə təlimat verib. Məlumata görə, "Qalatasaray" futbolçuya illik 10 milyon avro maaş təklif edib.