Türkiyə saytı "Qanlı Yanvar"dan yazdı

Türkiyə saytı "Qanlı Yanvar"dan yazdı
09:51 20 Yanvar 2015
202 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə saytı “acunn.com” “Qanlı Yanvar” filmindən yazıb.

Axşam.az-ın məlumatına görə, “Nəbahət Çehrəyə hollivudlu tərəfdaş” başlığı ilə yayılan xəbərdə deyilir:

“Uzun fasilədən sonra ilk dəfə Azərbaycanda bir filmə çəkilən Nəbahət Çehrə Hollivud ulduzu Leyn Devislə birgə kamera qarşısına keçib. Məşhur “Santa Barbara” serialı ilə tanınan Leyn ekran işində jurnalist obrazını canlandırıb. Nəbahət Çehrə isə iki uşağını itirmiş ana rolunda çəkilib. Vahid Mustafayevin rejissorluğu ilə çəkilən filmin təqdimatı üçün hər iki ulduz həftəsonu qardaş ölkədə bir araya gəlib. Təyyarədən enərkən böyük diqqətlə qarşılanan N.Çehrə “Çox dramatik bir roldur. Sevərək qəbul etdim. Gözəl bir iş olacağına inanıram. Mənə də maraqlıdır” açıqlamasını verib”.

Daha sonra xəbərdə 20 Yanvar hadisələrinə toxunularaq N.Çehrə ilə L.Devisin Şəhidlər Xiyabanını ziyarət etdikləri yazılır:

“Qanlı Yanvar” filminin mövzusu Azərbaycanın yaxın keçmişinə aid 20 Yanvar hadisələrindən bəhs edir. Ekran işinin aktyorları Leyn Devislə Nəbahət Çehrə Bakıdakı mətbuat konfransından sonra əllərində qırmızı qərənfillərlə Şəhidlər Xiyabanını ziyarət ediblər. Xiyabanda N.Çehrə göz yaşlarını saxlaya bilməyib”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR