Qax sakini narkotik satarkən saxlanıb

09:52 20 Yanvar 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 09:50 ]


Qax. Vüqar Heydərov - APA. Narkotik vasitələrin satışı ilə məşğul olan Qax şəhər sakini tutulub.

 

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində axtarış-əməliyyat tədbiri keçirib.

 

Tədbir nəticəsində Qax şəhər sakini, 1976-cı il təvəllüdlü, Elşad Mübariz oğlu Həsənov 415 qram qurudulmuş marixuananı Qax şəhərində fəaliyyət göstərən kafelərin birində  şərti alıcıya 100 manata satarkən tutulub.

 

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR