"Qalatasaray" “Bavariya”nın futbolçusu Kinqsli Komanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun da futbolçu ilə əlaqə saxladığı və onu "Fənərbaxça"ya dəvət etdiyi iddia edilib. Məlumata görə, "Qalatasaray" Barış Alperin klubdan gedəcəyi təqdirdə Kinqsli Komanı transfer etmək istəyir. İddialara görə, "Qalatasaray" futbolçunu icarə əsasında heyətə cəlb etmək istəyir. İddia edilir ki, Kinqsli Koman Türkiyəyə transfer olmağa razılıq verib. Onun əsasən "Qalatasaray"da oynamaq istədiyi iddia edilib.