"Liverpul" “Real Madrid”in ulduzu Vinisius Junioru transfer etmək üçün 130 milyon avroluq təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Liverpul" braziliyalı vingeri transfer etmək üçün 100 milyon avro və 30 milyon avro bonus daxil olmaqla 130 milyon avroluq təklif irəli sürüb. Bildirilir ki, "Liverpul" bu təklifi kolumbiyalı vinger Luis Diazın “Bavariya”ya potensial transferi ilə bağlıdır. Diazın alman nəhəngi ilə şəxsi şərtlərlə anlaşdığı və “Liverpul”la yeni müqavilə imzalamaqda maraqlı olmadığı bildirilir. Diaz klubdan gedərsə, “Liverpul” satışdan əldə edəcəyi transfer haqqını Vinisius Juniorla müqavilə bağlamaq üçün istifadə edə bilər. “Barselona” və “Bavariya”nın da Vinisius Juniorun xidmətində maraqlı olduğu bildirilir.

"Defense Central"ın məlumatına görə, "Real Madrid" müqaviləsi 2027-ci ilə qədər olan Vinisius Juniorun klubdan getməsini istəmir. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib.