Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq
09:58 20 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Milli Məclisin yaz sessiyası fevralın 2-də öz işinə başlayacaq.
AzərTAc xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Mətbuat katibi deyib ki, daxili nizamnaməyə əsasən yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilməli idi. Ancaq həmin tarix bazar gününə təsadüf etdiyindən sessiyanın ilk iclası sonrakı günə - fevralın 2-nə təyin olunub.
A.Təvəkküloğlu qeyd edib ki, artıq Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir. Məqsədəuyğun hesab edilən layihələr parlamentin müzakirəsinə tövsiyə ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_yaz_sessiyasi_fevralin_2_de_ise_baslayacaq-825993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR