Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Metbuat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.

Görüşdə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi və digər məsələlər müzakirə olunub.

Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.