"Fənərbaxça"lı ulduzun "Porsche"si oğurlandı (FOTO)

"Fənərbaxça"lı ulduzun "Porsche"si oğurlandı (FOTO)
10:16 20 Yanvar 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" basketbol klubunun oyunçusu avtomobili oğurlanıb.

ANS PRESS-in məlumatına görə, xorvatiyalı Luka Zoriçin "Porsche" markalı bahalı avtomobili Zaqrebdə oğurlanıb.

30 yaşındakı basketbolçunun xüsusi olaraq istehsal olunan maşını ötən gün səhər saatlarında qaçırılıb.

Zaqreb polisi oyunçunun 100 min dollarlıq maşının tapılması üçün səfərbər olub. Bu hadisə dövrə arası tətili üçün ölkəsinə gedən ulduz basketbolçuya pis süpriz olub.

Hazırda ölkəsində olan Zoriçin kefinin pozulduğu bildirilib.

Qeyd edək ki, Zaqreb polisi faktla bağlı araşdırmalara başlayıb və axtarış işlərinə start verib.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR