Qax sakini narkotik satarkən saxlandı

Qax sakini narkotik satarkən saxlandı
10:17 20 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Narkotik vasitələrin satışı ilə məşğul olan Qax şəhər sakini tutulub
Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində axtarış-əməliyyat tədbiri keçiriblər.

Tədbir nəticəsində Qax şəhər sakini, 1976-cı il təvəllüdlü, Elşad Mübariz oğlu Həsənov 415 qram qurudulmuş marixuananı Qax şəhərində fəaliyyət göstərən kafelərin birində şərti alıcıya 100 manata satarkən tutulub.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR