Erməni əsilli fotoqrafın fotoları Türkiyədə ciddi qalmaqala səbəb olub

Erməni əsilli fotoqrafın fotoları Türkiyədə ciddi qalmaqala səbəb olub
10:32 20 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni əsilli fotoqraf Aspet Manukyanın çəkdiyi fotolar Türkiyədə ciddi qalmaqala səbəb olub. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Manukyan Atatürk Hava Limanının səmasında izacəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkib. Bütün bunlarla yanaşı, Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" video şəbəkəsinə yerləşdirib.

Qəzetin məlumatına əsasən kadrların video şəbəkələrdə yayımlanmasından sonra Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR