Separatçıların dəhşətli silahı (VİDEO, FOTO)

Separatçıların dəhşətli silahı (VİDEO, FOTO)
10:36 20 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində, 14 yanvar tarixində, Donetsk aeraportu yaxınlığında yaraqlılar ilk dəfə olaraq dəhşət saçan, özüyeriyən “Buratino” kompleksindən istifadə ediblər.

ANS PRESS-in məlumatına görə, bu komplekslər bu günə kimi münaqişədə istifadə olunan ən dəhşətli silahdır.

Ukrayna ordusu konversiya və tərksilah mərkəzinin direktor müavini Anton Mixnenko bildirir ki, bu kompleksələr maksimum ziyan vermək üçün nəzərdə tutulub. Onlar tuşlanan hər hansı bir obyekti oda bürüyür. Belə bir qurğu bir neçə milyon dollaradır.

Mixinenko bildirir ki, hazırda Rusiya müasir silahlarını real müharibə şəraitində yoxlamaq üçün hər bir tədbirə əl atır. “Buratino” komplekslərindən müdafiə olunmaq üçün birinci raketlərin atılma nöqtələri müəyyənləşməli və əks-batareya kompleksləri ilə cavab atəşi ilə zərbə endirmək lazımdır. Onun sözlərinə görə belə cavab komplekslərindən bəzilərini Ukrayna ABŞ-dan alıb, bir neçəsi Sovet İttifaqından qalıb və bundan əlavə öz istehsalları olan “Polojeniya-2” kompleksləri arsenaldadır.

Razumkov mərkəzinin hərbi proqramlar direktoru Nikolay Sunqurovskiy bildirir ki, daha güclü kompleksləri istifadə etməklə Rusiya effektiv artilleriya atəşinə nail olmaq istəyir, digər tərəfdən silahlarını hərbi şəraitdə yoxlayırlar. Lakin o fikirləşir ki, bundan daha güclü silahın döyüş nöqtəsində Rusiya tərəfindən istifadəsi gözlənilmir. Sunqurovskiy döyüşlərin güclənməsini rəqibin gələcək danışıqlarda istifadə etməsi üçün təmas xəttini çoxaltması istəyi ilə əlaqələndirir.

Qeyd edək ki, “Buratino” kompleksləri Əfqanıstan, Çeçenistan və Suriya müharibələrində istifadə olunub. Lakin bu kompleks yalnız Rusiya, Azərbaycan, İraq və Qazaxstan ordularında mövcuddur.

Silhaın maksimum məhvetmə diapazonu 6 kilometrdir. Bu zaman 3 kilometr radiusda bütün canlı qüvvə və texnika məhv olur.
















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR