İftixar Piriyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

İftixar Piriyevin əmək fəaliyyətinin son yaş həddinə çatmasına görə müqaviləsinə xitam verilib.