Keçən il Gəncədə 375 nəfər işlə təmin edilib

10:38 20 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 20 yanvar, AzərTAc
Hazırda Gəncə Şəhər Məşğulluq Mərkəzində 3002 nəfər işsiz qeydiyyatdadır. Onlardan 91 nəfərinə işsizlik müavinəti verilir.
Mərkəzin direktoru Abil Tağıyev AzərTAc-a bildirib ki, açılan yeni müəssisələr hesabına, eləcə də tez-tez keçirilən əmək yarmarkaları nəticəsində işsizlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Təkcə keçən il keçirilən əmək yarmarkalarında müxtəlif idarə, təşkilat və müəssisələr tərəfindən işaxtaran vətəndaşlara ümumilikdə 400-dən artıq iş yeri təqdim edilib və onlardan 375 nəfəri işlə təmin olunub. İş yerlərində əmək haqqı 150-600 manat məbləğində olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kechen_il_Gencede_375_nefer_isle_temin_edilib-825998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR