Nazirdən narahatlıq: Xəzərin səviyyəsinin enməsi problemlər yaradır

Nazirdən narahatlıq: Xəzərin səviyyəsinin enməsi problemlər yaradır
10:53 20 Yanvar 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, ötən əsrin 80 illərində Xəzər dənizinin səviyyəsi qalxmışdı və dəniz sahilində bəzi infrastrukturlar suyun altında qalmışdı. Bakı bulvarının bir hissəsi bataqlaşmışdı.

Nazir qeyd edib ki, dənizin səviyyəsinin enməsi, dənizin səviyyəsinin qalxması ilə müqayisədə daha təhlükəli, daha dramatik olmasa da, problemlər meydana gətirir. H.Bağırov deyib ki, dənizin səviyyəsinin enməsi dövrü xarakter daşıyır. Bunun səbəblərindən biri də çaylarda suyun azalması ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR