Bəşər Əsədin devrilməsindən sonra Suriyaya bir milyona yaxın qaçqın qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinə istinadla məlumat yayıb.

Ötən ilin dekabrından Türkiyədən 419 min, Livandan 334 min, İordaniyadan 204 min, İraqdan 37 min və Misirdən 27 min suriyalı vətənlərinə qayıdıb.