"Bank VTB" (Azərbaycan) kredit portfelini ikiqat artıracaq

"Bank VTB" (Azərbaycan) kredit portfelini ikiqat artıracaq
15:58 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Maksim Tsurkov/

"Bank VTB" (Azərbaycan) 2015-ci ildə kredit portfelini ikiqat artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu bankın İdarə heyətinin sədri Yuri Yakovlev təmsil etdiyi bankın Azərbaycanda beşillik fəaliyyətinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu illər ərzində bankın kredit portfeli 18 dəfə artaraq 286 milyon manatı ötüb: "Portfelin böyük hissəsi, yəni 228,5 milyon manat pərakəndə kreditləşmənin, 58,5 milyon manat isə korporativ biznesin payına düşür. Gələn il kredit portfelini ikiqat artırmağı planlaşdırırıq".

Y.Yakovlev qeyd edib ki, depozit portfeli də xeyli artırılacaq: "Hazırda bankın depozit portfeli 20 milyon manatdır. Bu onunla əlaqədardır ki, biz fəal şəkildə depozitləri cəlb etməmişik. Gələn il yerli bazardan, hüquqi və özəl şəxslərdən depozitlərin cəlb edilməsini 3 dəfə artırmağı planlaşdırırıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR