Səlim Müslümov: Azərbaycan heç bir sosial proqramı dayandırmayacaq

Səlim Müslümov: Azərbaycan heç bir sosial proqramı dayandırmayacaq
11:03 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial proqram dayandırılmayacaq və bu istiqamətdə işlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu günədək 20 Yanvar hadisələrinin 53 əlili mənzillə, 72 əlil nəqliyyat vasitəsi ilə təmin olunub.

Nazir deyib: "Bundan əlavə, 20 Yanvar hadisələrinin 112 şəhid ailəsi və 316 əlilinə bu il maliyyə yardımı göstərmişik.Hazırda 112 şəhid ailəsi hər ay 300 manat məbləğində prezident təqaüdü alır. Eləcə də həmin hadisələr zamanı əlil olmuş 316 birinci qrup əlilə aldıqları pensiya və müavinətlərlə yanaşı hər ay 150 manat, 2-ci qrup əlillərə - 130 manat, üçüncü qrup əlillərə 100 manat məbləğində prezident təqaüdü verilir”.

Nazir həmçinni qeyd edib ki, həmin kateqoriyalar üzrə bütün güzəştlər saxlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2355118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR