Mürəbbədən narkotik çıxdı (FOTO)

Mürəbbədən narkotik çıxdı (FOTO)
16:01 25 Dekabr 2014
128 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda gilənar mürəbbəsinin içindən narkotik çıxdı.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Nüsrət oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş atası, Lənkəran şəhər sakini vətəndaş Nüsrət Faiq oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı plastik qabda olan gilənar mürəbbəsinin içərisindən 6 ədəd bükülüdə xalis çəkisi 0,811 qram olan narkotik vasitə - heroin, 0, 685 qram narkotik vasitə - tiryək və 0,2 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Rauf Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR