Nazirlər Kabineti gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarını təsdiq edəcək.
APA-nın məlumatıma görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda əksini tapıb.
Təhsil Nazirliyi isə 2016-2017-ci illərdə 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanmasını, 2017-2021-ci illərdə 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili və kurikulumların tətbiqini təmin etməlidir.