İspaniyada alimlər ilk dəfə insan böyrəkləri donuzlara implantasiya edilib.

Metbuat.az xəbər verir ki, Kataloniya Biomühəndislik İnstitutunun alimləri insan orqanlarının miniatür analoqları – orqanoidlər yaratmaq üçün xüsusi metod hazırlayıblar.

Tədqiqat zamanı insan böyrəyi analoqları donuz orqanizminə yerləşdirilib. Nəticədə orqanoidlər uğurla uyğunlaşıb, orqanizmin immun sistemi tərəfindən rədd edilməyib.