Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu elektron xidmətlərin sayını genişləndirəcək

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu  elektron xidmətlərin sayını genişləndirəcək
11:23 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Maksim Tsurkov /

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ildə elektron xidmətlərin sayını genişləndirəcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin rəhbəri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, ötən il DSMF-nin elektron xidmətlərindən 1,3 milyondan artıq insan faydalanıb ki, bu da rekord göstəricidir.

E.Mehdiyev deyib: "Dövlət Fondu göstərilən elektron xidmətlərin sayına görə liderdir. Bununla yanaşı biz 2015-ci ildə onların sayını artırmağa hazırlaşırıq”.

O qeyd edib ki, əsas xidmətlərdən biri sosial sığorta hesabatları ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2355129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR