Nyu-Yorkda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Nyu-Yorkda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
11:23 20 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Nyu-York, 20 yanvar, AzərTAc 
Nyu-Yorkda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib. Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirdə şəhidlərin ruhuna dualar oxunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Assosiasiyanın rəhbəri Ercan Yerdelenli Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi haqqında danışıb. Daha sonra faciə qurbanlarına həsr edilən şeir oxunub.
Assosiasiyanın vitse-prezidenti Zəminə Mirqədiyeva 1990-cı ilin faciəli yanvar günləri ilə bağlı xatirələrini bölüşüb. Nyu-Yorkun Azərbaycan icmasının 200-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə ehsan verilib, “Qara Yanvar” sənədli filmi nümayiş etdirilib.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nyu_Yorkda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-826007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR