Məşhur serial ekranlara qayıdır

Məşhur serial ekranlara qayıdır
11:31 20 Yanvar 2015
297 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur “Məxfi materiallar” serialı yenidən ekranlara qayıdacaq.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın “FOX” kanalı serialın yaradıcı heyəti ilə bununla bağlı artıq danışıqlara başlayıb. Kanal rəhbərliyinin açıqlamasında deyilir:

“Layihənin yenidən ekranlara qayıtması üçün danışıqlara başlamışıq. Ümid edirik ki, serialı yenidən yüksək səviyyədə hazırlaya biləcəyik”.

Qeyd edək ki, serialın yenidən hazırlanması ilə bağlı yeganə problem onun orijinal versiyasında çəkilmiş aktyorların hazırda başqa-başqa layihələrdə yer almalarıdır. Belə ki, xəfiyyə Foks Madler obrazını canlandıran aktyor Devid Duxovnı hazırda “Dolça”, Dana Skalli rolunda çəkilən aktrisa Culian Anderson isə “Hannibal” serialında çəkilir.

Xatırladaq ki, “Məxfi materiallar” serialının ilk bölümü 1993-cü ildə yayımlanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR