Beynəlxalq Valyuta Fondu: Rusiya iqtisadiyyatının həcmi 3 faiz azalacaq

Beynəlxalq Valyuta Fondu: Rusiya iqtisadiyyatının həcmi 3 faiz azalacaq
11:34 20 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il Rusiyada iqtisadiyyatın həcminin 3 faiz azalacağı gözlənilir. APA TV-nin məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun hesabatında əks olunub. Fondun ekspertləri 2016-ci ildə Rusiya iqtisadiyyatının həcminin daha 1 faiz azalacağını bildiriblər. Bununla belə qeyd olunur ki, Rusiya ilk növbədə valyuta ehtiyatlarının hesabına iqtisadi sarsıntılara dözə biləcək. BVF ekspertləri 2015-ci ildə təkcə Rusiyada deyil, bütün dünya iqtisadiyyatında çöküşün olacağını proqnozlaşdırır. Fond dünyada iqtisadi inkişaf proqnozunu 2015-ci ildə 0,3 faiz, 2016-cı ildə isə 3,5 faiz olaraq müəyyənləşdirib. Bu il və gələn il Birləşmiş Ştatlardan başqa bütün inkişaf etmiş dövlətlərdə iqtisadiyyatın həcminin azalması gözlənilir. Beynəlxalq Valyuta Fondu bu il Rusiyada ümumi daxili məhsulun həcminin 0,2 faiz, gələn il isə 1,2 faiz artacağını bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR