Ermənilər atəşkəs rejimini sutka ərzində 44 dəfə pozublar

Ermənilər atəşkəs rejimini sutka ərzində 44 dəfə pozublar
11:43 20 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Novruzlu, Baş Qərvənd, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermeniler_ateskes_rejimini_sutka_erzinde_44_defe_pozublar-826012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR