Ermənilərə xaş baha başa gələcək

Ermənilərə xaş baha başa gələcək
11:46 20 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda 2014-cü ilin dekabrında 2013-cü ilin eyni ayı ilə müqayisədə ət məhsullarının qiyməti 3,3 faiz bahalaşıb. Ötən ilin noyabrında isə qiymətlər 2,3 faiz artıb.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə jurnalistlərə ölkənin Milli Statistika İdarəsinin malların qiymətləndirilməsi üzrə şöbə müdiri Qurgen Martirosyan bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin dekabrında noyabra nisbətən qoyun əti və donuz əti müvafiq olaraq 0,8% və 1,8%, mal əti filesi 1,7%, vetçina 2,3% bahalaşıb. Eyni zamanda, sümüklü mal ətinin qiyməti 0,3% azalıb.

Xaş üçün istifadə olunan heyvan dırnağının qiyməti 3,3%, mal əti konservləri 3,5%, hisdə qurudulmuş, bişirilmiş kolbasalar 3,7%, basdırma 4,5%, qızardılmış toyuq 9,7% artıb.

Təbii ki, yoxsulluq içində boğulan bu ölkədə qiymət artımı bütün sahələri əhatə edib. Çünki mərkəzi şəhərləri ətlə təmin edən kənd yerləridir. Hazırda Ermənistanda kənd təsərrüfatı ilə, maldarlıq və heyvandarlıqla məşğul olan kəndlər tamamilə boşalıb, əsas işçi qüvvəsi sayılan gənclərin əksəriyyəti ölkəni tərk edib.

Qiymət artımı ölkədə böyük narazılıq yaradır. Ermənilərə ən çox təsir edən isə xaşın qiymətinin artmasıdır. Gündəlik yemək kimi istifadə olunan bu yemək növünün qiymətinin kəllə-çarxa çıxması məzlumları məyus edib.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR