Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik süükutla yad edildi. Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.
ANS PRESS-in məlumatına görə, 20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Bu gün 20 Yanvar faciəsinin törədilməsindən 25 il keçir.
Mənbə
ANS PRESS