Azərbaycanlı merə heykəl qoyuldu (FOTO)

Azərbaycanlı merə heykəl qoyuldu (FOTO)
13:21 20 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin yay aylarında Ukraynada öldürülən azərbaycanlı merə heykəl qoyulub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, heykəl Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayevə ucaldılıb.

Bürüncdən olan heykəldə mərhum mer skamyada oturmuş formada təsvir edilib. Heykəlin hündürlüyü 1,6 metr, eni 2,5 metrdir.

O.babayevin abidəsinin qoyulduğu yerdə simvolikdir. Belə ki, əvəllər bu bağ Oktyabrski adlanıb. Kremençukun mərkəzindəki parkı mer öz zövqü ilə yeniləyərək onu şəhərin siması halına gətirmişdi. Bu bağ sonradan onun adı ilə anılıb.

Abidəni onun valideynləri və qızı açıb. Maket Xarkovda heykəltəraş Eldəniz Qurbanov tərəfindən hazırlanıb.

O.Babayevin heykəli onun dostlarının dəstəyi ilə ərsəyə gətirilib.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

"Batkivşina" partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. Onun atası əslən Gəncə şəhərindən olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR