Azərbaycanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib

Azərbaycanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib
13:21 20 Yanvar 2015
85 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanda 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhərlərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərində, idarə və müəssisələrində anma mərasimləri keçirilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtı ictimaiyyətinin nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzüblər.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR