Erməni əsgəri öldü

Erməni əsgəri öldü
13:21 20 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Suren Pilosyan ölüb.

ANS PRESS-in məlumatına görə, Erməni KİV 1995-ci il təvəllüdlü əsgərin atışma nəticəsində öldürüldüyünü yazır.

Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Novruzlu, Baş Qərvənd, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR