Onlar Qara Yanvarı belə andılar (VİDEO)

Onlar Qara Yanvarı belə andılar (VİDEO)
13:21 20 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı xüsusi videoçarx hazırlayıb.

ANS PRESS-in Birliyə istinadən verdiyi məlumata görə, Azərbaycan, Ukrayna və ingilis dillərində hazırlanmış videoçarxda azərbaycanlı gənclərin vətən, dövlət, müstəqillik və azadlıq haqqında söylədikləri fikirlər Ukraynanın kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb.

Bu baxımdan bir sıra televiziya kanalları və media qurumları “Müstəqil dövlətin ürəyi onun uğrunda canlarını fəda edənlərlə döyünür” ifadəsi ilə yekunlaşan videoçarxı yayımlamaqla gənclərin bu düşüncə tərzini Ukraynanın indiki ağır dönəmində vətəni və dövləti sevməyin ən müqəddəs amal olması kimi tərənnüm edirlər.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi şəhidlərimizin müqəddəs ruhlarına həsr etdikləri videoçarxı qəlbi vətən sevgisi ilə döyünənlərlə paylaşır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR