Bu gün Milad bayramıdır (VİDEO)

16:11 25 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün dünya Katolikləri Milad Bayramını qeyd edirlər. Xristian aləmində Milad, Peyğəmbər İsa Məsihin anadan olduğu gündür. Milad bayramı özündə müxtəlif ayinləri birləşdirir.

Ötən gün bayramın ilk dəqiqələri Vatikanda Müqəddəs Pyotr bazilikasında qeyd olunub. Roma Papası Fransisk həzrəti İsanın körpəliyini simvolizə edən müqəvvanın dizlərindən öpüb. Mərasimin sonunda Papa müqəvvanı onun doğum yerini simvolizə edən səhnəyə qoyub. Bu gün Papanın Milad bayramı ilə əlaqədar çıxışı da gözlənilir.

Milad bayramını ilk qeyd edənlərdən biri də avstraliyalılar olub. Cənub yarımkürəsinə yerləşən Avstraliyada insanlar bayramı çimərliklərdə qeyd edib. Hazırda yay fəslinin davam etdiyi Avstraliyada bayram günlərinə temepraturun yüksək olacağı praqnozlaşdırılır.

Ölkənin bir çox şəhərlərində insanlar Milad gecəsini kilsələrdə də keçiriblər və hətta bəzi şəhərlərdə zooparkdakı heyvanlar sevindirilib, onlara da Milad bayramı hədiyyələri verilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR