Xaqani Məmmədov: "Fariz Yusifov cəzalandırılıb"

Xaqani Məmmədov: "Fariz Yusifov cəzalandırılıb"
13:22 20 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" - "İnter" matçında kobud səhvə yol verən Fariz Yusifov cəzalandırılıb. Fanat.az xəbər verir ki, bu barədə rekord.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib: 


"Mən həmin epizodla bağlı Fariz Yusifovla danışdım. Bilirsiniz orda ani epizod olub və hakim də beynində bir anlıq qərar verə bilməyib ki, qapıçıya qırmızı vərəqə verib penalti təyin etməlidi, yoxsa Alvaroya sarı vərəqə göstərib cərimə zərbəsi. Bununla belə, səhv kobud səhvdi və razıyam ki, Fariz kimi təcrübəli hakim belə səhv etməməli idi. Etdiyi səhvə görə cəzasını da alıb və qış fasiləsindən sonrakı ilk turlarda ona təyinat verilməyəcək".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xaqani-mmmdov-quotfariz-yusifov-czalandrlbquot-t17624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR